Pressa.az » İdman » Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstandakı turniri üç medalla başa vurublar

Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstandakı turniri üç medalla başa vurublar

27 yanvar 2025, Bazar ertəsi, 10:47
Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstandakı turniri üç medalla başa vurublar

Azərbaycanın sərbəst güləçiləri Bolqarıstanın Varna şəhərində keçirilən “Dan Kolov – Nikola Petrov” turnirini üç medalla başa vurublar.

Bu barədə Liderxeber.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Son olaraq Murad Haqverdiyev (65 kq) gümüş mükafat əldə edib. O, finalda yerli idmançı Səlim Naimə uduzub.

Qeyd edək ki, daha əvvəl Sadiq Mustafazadə (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) isə bürünc medal qazanıb.