Pressa.az » İdman » Türkiyə Superliqasında transfer rekordu

Türkiyə Superliqasında transfer rekordu

13 fevral 2025, Cümə axşamı, 12:09
Türkiyə Superliqasında transfer rekordu

Türkiyə Superliqası tarixində qış transfer pəncərəsinin rekordu qeydə alınıb.

Liderxeber.az xəbər verir ki, klublar bu transfer müddətində 59 oyunçunu heyətinə qatıblar.

Türkiyə klubları bu transferlər üçün ümumilikdə 76 milyon avro xərcləyiblər. Bu isə Türkiyə futbolu tarixində rekord olub.

Belə ki, "Qalatasaray" futbolçuların keçidi üçün 27.5 milyon avro, "Fənərbağça" 18.2 milyon avro, "Trabzonspor" isə 13.4 milyon avro ödəniş edib.

Qeyd edək ki, qış transfer pəncərəsinin ən bahalı keçidi isə "Fənərbağça" klubunun oyunçusu Dieqo Karlos olub. "Sarı-lacivərdlər" futbolçu üçün 11.5 milyon avro ödəyiblər.