Pressa.az » İqtisadiyyat » Azərbaycanın xarici dövlət borcu - Açıqlandı

Azərbaycanın xarici dövlət borcu - Açıqlandı

27 may 2025, Çərşənbə axşamı, 10:17
Azərbaycanın xarici dövlət borcu - Açıqlandı

2025-ci il 1 yanvar tarixinə Azərbaycan dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27380,2 milyon manat təşkil edib.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində öz əksini tapıb.

Bu, 2024-cü il üzrə faktiki ÜDM-in (126337,0 milyon manat) 21,7 faizini təşkil edib. Ümumi dövlət borcunun 31,8 faizi xarici dövlət borcunun, 68,2 faizi isə daxili dövlət borcunun payına düşür.