“Qlobal iqlim dəyişikliyi şəraitində dəmyədə taxılçılığın problemləri və həlli yolları” mövzusunda tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Qlobal iqlim dəyişikliyi şəraitində dəmyədə taxılçılığın problemləri və həlli yolları” mövzusunda tədbir keçirilib.
LiderXəbər xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Qobustan Bölgə Təcrübə Stansiyasında birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Qlobal iqlim dəyişikliyi şəraitində dəmyədə taxılçılığın problemləri və həlli yolları” mövzusunda tədbir keçirilib.
Tədbiri Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov açıb. Sonra KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl istehsalında innovativ texnologiyaların rolu”, ƏETİ-nin direktoru Faiq Xudayev “Yeni sortların yaradılması və toxumçuluğun təşkili” və Qobustan BTS-nin direktoru Atabəy Cahangirov “Yeni taxıl sortları və toxumçuluğun təşkili” mövzuları üzrə çıxış ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd son illər qlobal iqlim dəyişikliyi ilə bağlı dəmyə əkinçiliyində olan problemlərin həlli yolları, quraqlığa davamlı sortlardan istifadə və innovativ resursqoruyucu texnologiyaların taxılçılıqda tətbiqinin əhəmiyyətini tədbir iştirakçılarına bildirməkdən ibarət olub.
Tədbirdə “Fructus” MMC, “Aqro Dairy” MMC, “Moran Aqro”, Azorganik KT İİ Kooperativi, Ağstafa ASK, Azəraqrar, “Qarabağ” Taxıl MMC, “Şabran Aqro Kompleks” MMC, Aqrovit, Aqrolab, “ELKIYAR” MMC, “Yalama Aqroparkı” MMC, “Şəmkir-Aqropark” MMC, Gilan Holdinq, “Goranboy Agropark” və digər şirkətlərin, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, ƏETİ-nin Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin, bölgə təcrübə stansiyalarının, təcrübə sınaq stansiyalarının rəhbərləri və nümayəndələri, Qobustan, Kürdəmir, Hacıqabul və digər rayonlardan olan fermerlər və mütəxəssislər iştirak ediblər.
Sonda taxıl və toxum istehsalçıları ilə birgə müzakirələr aparılıb, taxıl əkinlərinə baxış keçirilib.