Azərbaycandan xırnik ixracı 25 faiz artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xırnik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həm fiziki, həm də dəyər baxımından artıb.
Liderxeber.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk 9 ayında ölkədən 37 692.83 ton xırnik ixrac olunub, bunun dəyəri 29 milyon 146.93 min ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövründə isə ixracın həcmi 47 726.41 ton, dəyəri isə 34 milyon 139.99 min dollar olub.
Beləliklə, ixracın həcmi 10 033.58 ton və ya 26.6 faiz, ixrac gəliri isə 4 milyon 993.06 min dollar və ya 17.1 faiz artıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

07 yanvar 2025, Çərşənbə axşamı
Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir

23 avqust 2024, Cümə
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb