Pressa.az » İqtisadiyyat » Türkiyədə inflyasiya növbəti dəfə azalıb

Türkiyədə inflyasiya növbəti dəfə azalıb

05 iyul 2023, Çərşənbə, 12:00
Türkiyədə inflyasiya növbəti dəfə azalıb

Türkiyədə illik inflyasiya ardıcıl yeddi aydır ki, azalmaqda davam edir.

Liderxəbər Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, iyun ayında inflyasiya 38,21%-ə kimi azalıb. Ötən ay bu rəqəm 39,59% təşkil etmişdi.

Qeyd edək ki, iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,92%, 2022-ci ilin dekabr ayına görə isə 19,77%-ə kimi azalıb.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayıb.