Pressa.az » İqtisadiyyat » ABADA 6 ayın yekunlarını açıqlayıb

ABADA 6 ayın yekunlarını açıqlayıb

24 iyul 2023, Bazar ertəsi, 11:28
ABADA 6 ayın yekunlarını açıqlayıb

"Hazırda 145 beynəlxalq avtomobil yükdaşımaları ilə məşğul olan hüquqi və fiziki şəxs ABADA-nın üzvüdür".

LiderXəbər xəbər verir ki, bunu 2023-cü ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan seminarda çıxışı zamanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş Katibi Kənan Qurbanov deyib.

Onun sözlərinə görə, ABADA 1998-ci ilin noyabr ayında mənzil-qərargahı Cenevrə (İsveçrə) şəhərində yerləşən beynəlxalq yük daşımaları kitabçalarının (Karnet-TIR) tətbiqi üzrə dünya təminat orqanı olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvlüyünə qəbul olunub.

"ABADA öz üzvlərini Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqından (İRU) aldığı Karnet- TIR kitabçaları ilə təmin edir. ABADA Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazırliyi, Dövlət Gömrük Komitəsi, xarici ölkələrin beynəlxalq avtomobil daşıyıcıları Assosiasiyaları, İRU,Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) təşkilatına üzv ölkələrin Assosiasiyaları Federasiyası (BSEC-URTA) və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, eyni zamanda bu təşkilatların təşkil etdikləri iclaslarda, seminarlarda, konfrans və digər tədbirlərdə mütəmadi olaraq iştirak edərək, Azərbaycan avtomobil daşıyıcılarınin mənafelərini və mövqelərini müdafiə edir" - qurum rəsmisi vurğulayıb.