Pressa.az » İqtisadiyyat » FED-in rəhbəri əsas uçot dərəcəsinin arta biləcəyini istisna etməyib

FED-in rəhbəri əsas uçot dərəcəsinin arta biləcəyini istisna etməyib

27 iyul 2023, Cümə axşamı, 05:08
FED-in rəhbəri əsas uçot dərəcəsinin arta biləcəyini istisna etməyib

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) rəhbər orqanının qarşıdan gələn sentyabr iclasında ya əsas uçot dərəcəsini yenidən qaldıra, ya da dəyişməz olaraq saxlaya bilər.

LiderXəbər xəbər verir ki, bunu FED-in sədri Cerom Pauell mətbuat konfransında deyib.

“Deyərdim, təbii ki, statistika bunu əsaslandırarsa, sentyabr iclasında uçot dərəcəsini yenidən qaldıra bilərik. Onu da deyərdim ki, bu toplantıda dəyişiklik etməmək barədə qərar verə bilərik", - qurumun rəhbəri bildirib.