“Azeri Light”ın qiyməti 140 dollara düşdü
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.
Liderxeber.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1 ABŞ dolları və ya 0,71% azalaraq 140,68 ABŞ dollarına düşüb.
Qeyd edək ki, ötən gün neftimiz 141,68 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
