Pressa.az » İqtisadiyyat » AİB neft pasportunun vahid formasını təsdiqləyib

AİB neft pasportunun vahid formasını təsdiqləyib

09 sentyabr 2023, Şənbə, 17:57
AİB neft pasportunun vahid formasını təsdiqləyib

Avrasiya İqtisadi Birliyinin (AİB) ərazisində dövriyyəyə buraxılan neftin vahid pasport forması təsdiq edilib.

LiderXəbər xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Avrasiya İqtisadi Komissiyası Şurasının 29 avqust 2023-cü il tarixli 89 saylı qərarı ilə Avrasiya İqtisadi Birliyinin “Daşıma və (və ya) istifadə üçün hazırlanmış neftin təhlükəsizliyi haqqında” texniki reqlamentinə dəyişiklik edilib”, - məlumatda deyilir.

Qəbul edilmiş dəyişikliklərə əsasən, AİB ərazisində dövriyyəyə buraxılan neft üçün pasportun vahid forması və onun doldurulması qaydaları təsdiq edilib.

Bundan əlavə, yeni normalar AİB ərazisində neft hasilatına və onun dövriyyəsinə, o cümlədən sənədləşdirmə işlərində vahid yanaşmaların formalaşmasını təmin edəcək.