Pressa.az » İqtisadiyyat » Ermənistana 8 vaqon yanacaq göndərildi

Ermənistana 8 vaqon yanacaq göndərildi

26 iyun 2026, Cümə, 11:34
Ermənistana 8 vaqon yanacaq göndərildi

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

Liderxeber.az xəbər verir ki, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı iyunun 26-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.