Pressa.az » İqtisadiyyat » “Maliyyə və Sığorta fəaliyyəti” üzrə ödəniş daxilolmaları 52% artıb

“Maliyyə və Sığorta fəaliyyəti” üzrə ödəniş daxilolmaları 52% artıb

10 oktyabr 2023, Çərşənbə axşamı, 11:30
“Maliyyə və Sığorta fəaliyyəti” üzrə ödəniş daxilolmaları 52% artıb

2023-cü ilin III rübündə Azərbaycanda “Maliyyə və Sığorta fəaliyyəti” üzrə ödəniş daxilolmaları 1 milyard 530 milyon manat təşkil edib.

LiderXəbər Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 52.5% və ya 527 milyon manat çoxdur.

2022-ci ilin III rübündə “Maliyyə və Sığorta fəaliyyəti” üzrə ödəniş daxilolmaları 1 milyard 3 milyon manat təşkil edib.