Pressa.az » İqtisadiyyat » Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır

Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır

12 oktyabr 2023, Cümə axşamı, 13:31
Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır

Sabahdan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır.

ADY-dən LiderXəbər-ə verilən məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq ADY Bakı-Sumqayıt-Bakı marşrutu üzrə oktyabrın 13-dən etibarən "Ekspres" reyslər əlavə edir.

"Ekspres" qatarı marşrut üzrə heç bir ara stansiya və dayanacaqlarda dayanmadan birbaşa hərəkət edəcək.

İş günləri hərəkət cədvəli:

Bakı-Sumqayıt: 06:50 - 07:37 və 18:05 - 18:45

Sumqayıt-Bakı: 07:45 - 08:26 və 19:20 -20:05