Azərbaycanda mebel istehsalı idxalını 2 dəfə üstələyib
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 98 milyon 755 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.
LiderXəbər-in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.3% və ya 18 milyon dollar çoxdur. 2022-ci ilin ilk 9 ayında Azərbaycana 80 milyon 738 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.
Xatırladaq ki, hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.78% təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-sentyabr aylarında ölkədə 199.5 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.
Qeyd edək ki, Azərbaycanda mebel istehsalı idxaldan 2 dəfə çoxdur.