Pressa.az » İqtisadiyyat » Baş nazir hansı layihələrin maliyyələşdirilməsi üçün xarici borcun cəlb ediləcəyini açıqlayıb

Baş nazir hansı layihələrin maliyyələşdirilməsi üçün xarici borcun cəlb ediləcəyini açıqlayıb

05 dekabr 2023, Çərşənbə axşamı, 12:44
Baş nazir hansı layihələrin maliyyələşdirilməsi üçün xarici borcun cəlb ediləcəyini açıqlayıb

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi cənab Prezident tərəfindən Hökumət qarşısında strateji vəzifə kimi qoyulub.

LiderXəbər xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur: “Ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir. Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaq. Cənab Prezident tərəfindən müəyyən olunmuş bir sıra ən vacib prioritet sahələr, o cümlədən, enerji sektoru, nəqliyyat sektoru və tranzit potensialının artırılması, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, su təchizatı üzrə layihələrin maliyyələşdirilməsi üçün xarici borcun cəlb edilməsi nəzərdə tutulur”.