Pressa.az » İqtisadiyyat » ABADA-nın baş katibi: Yük axınlarının davamlı olması məqsədilə tədbirlərin görülməsi vacibdir

ABADA-nın baş katibi: Yük axınlarının davamlı olması məqsədilə tədbirlərin görülməsi vacibdir

28 dekabr 2023, Cümə axşamı, 10:19
ABADA-nın baş katibi: Yük axınlarının davamlı olması məqsədilə tədbirlərin görülməsi vacibdir

"ABADA Orta Dəhliz üzrə yük axınının davamlı olması üçün tədbirlər həyata keçirir".

LiderXəbər xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ilin yekun hesabatına həsr edilmiş tədbirdə bildirdi.

Onun sözlərinə görə, oktyabrın 26-27-də ABADA-nın təklifi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Assosiasiyalarının Konfederasiyası (BSEQ-URTA) Baş Assambleyasının 42-ci Sessiyası Bakı şəhərində keçirilib. Sessiyada 15-dən artıq xarici ölkənin assosiasiyalarının rəhbərləri, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) prezidenti və baş katibi iştirak ediblər. Sessiyada müzakirə olunan digər məsələlərlə yanaşı Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutunun səmərəliliyi və effektivliyi qeyd edilib.

Kənan Qurbanov yük axınlarının davamlı olması məqsədilə tədbirlərin görülməsinin vacibliyini vurğuladı. Bildirdi ki, ABADA Orta Dəhlizin inkişafı üçün səlahiyyətləri daxilində işlərin görülməsini davamlı həyata keçirəcək