Pressa.az » İqtisadiyyat » Sialə Rüstəmovanın "Aqro Jurnal"da məqaləsi dərc edilib

Sialə Rüstəmovanın "Aqro Jurnal"da məqaləsi dərc edilib

22 fevral 2024, Cümə axşamı, 11:25
Sialə Rüstəmovanın "Aqro Jurnal"da məqaləsi dərc edilib

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 123 illik tarixi olan Baytarlıq Elmi-Tədqiqat İnstitutu ölkəmizdə baytarlığın aktual problemlərinin həllinə yönəldilmiş elmi-tədqiqat işləri aparır. İnstitut ölkəmizdə baytarlığın aktual problemlərinin həllinə yönəldilmiş elmi-tədqiqat işləri aparır. Onların nəticələrinin təcrübədə tətbiqini təmin edir, kənd təsərrüfatı, ev və vəhşi heyvanların, quşların, balıq və arıların infeksion, invazion və yoluxmayan xəstəliklərinin etiologiyasını öyrənir, xəstəliklərə qarşi elmi cəhətdən əsaslandırımış yeni innovativ baytarlıq-sanitariya, müalicə-profilaktika tədbirləri işləyib hazırlayır və fermerlərə təqdim edir".  

Bu baradə "Aqro Jurnal"a müsahibə verən Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar.e.ü.f.d., dosent Sialə Rüstəmova bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun beynəxalq əməkdaşlıq çərçivəsində Almaniya dövlətinin "Tierschutz Entwicklungshilife e.v" təşkilatı ilə bağladığı müqaviləyə əsasən Azərbaycanda sahibli va sahibsiz ev heyvanlarının qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması aksiyasi keçirilib. Bu aksiyaya Almaniya, İspaniya, Fransa, Rusiya və Gürcüstan dövlətlərindən 15 nəfərdən ibarət veterinar həkim-cərrah və feldşer-assistentləri qatılıb. 

Növbəti aksiyanın keçirilməsi ilə bağlı məlumat verən Sialə Rüstəmova qeyd edib ki, institutda Moleykulyar Genetik laboratoriyanın istifadəyə verilməsi gözlənilir.

"Alimlərimiz fermer təsərrüfatlarında sahibkar və fermerlərlə görüşlər keçirilməsinə davam edəcək, fikir və təcrübə mübadiləsi aparılacaq, onları narahat edən məsələlər ilə bağlı məsləhət və tövsiyələr veriləcək" - S.Rüstəmova vurğulayıb.