Pressa.az » İqtisadiyyat » “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

“Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

30 aprel 2024, Çərşənbə axşamı, 11:29
“Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

27 özəl marka, 1000-dən çox çeşid

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi mikro və kiçik sahibkarların istehsal etdiyi yerli məhsulların bazara çıxışının asanlaşdırılması, eləcə də tanıdılması və satışına daim dəstək göstərir. Bununla da “Araz” ölkəmizdə yerli məhsulların istehsal həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlərə töhfə verir.

Hazırda “Araz” supermarketlərdə qida və qeyri-qida olmaqla 25 kateqoriya üzrə 27 özəl markaya məxsus məhsul satılır. Bu markalar üzrə 1000-dən çox çeşid “Araz” müştərilərinə təqdim olunur. “Tac”, “Soba”, “Mastero”, “Bloom”, “Dalğa”, “Südçü”, “Alisa” adlı özəl marka məhsulları “Yalnız “Araz”da” konsepsiyası çərçivəsində uyğun qiymətlərlə müştərilərə təklif edilir.

“Araz”a məxsus özəl markarların istehsalı sahibkarlara nə vəd edir?

“Araz” özəl markaları yaratmaqla büdcəsi az olduğundan öz brendini inkişaf etdirə bilməyən və ya istehsal imkanları məhdud olan sahibkarlara zəruri köməklik göstərir. Məhsulların markalanmasından rəflərə düzülməsinə qədər hər mərhələdə istehsalçılara dəstək olur. Nəticədə sahibkarlar üçün markalanma, tanıtım, eləcə də istehsal standartlarının yüksəldilməsində yeni imkanlar yaranır.

Özəl markalar istehlakçılara nə qazandırır?

“Araz”la əməkdaşlıq nəticəsində mikro və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsi bazarda rəqabət mühiti formalaşdırır. Nəticədə münasib qiymətli məhsullar müştərilər üçün daha da əlçatan olur. Bu müəssisələr, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq reyestrində qeydiyyatdan keçir, məhsulları mütəmadi analizlərə cəlb edilir və beynəlxalq standartlara uyğunluğu təmin olunur. Bununla da “Araz” Azərbaycan alıcısına yerli və keyfiyyətli məhsullar təqdim edərək ölkədə istehsal olunan məhsulların alışını təşviq edir.

Bir sözlə, “Araz”ın əhatə dairəsini genişləndirməsi kiçik sahibkarların böyüməsi, iş yerlərinin artması, yerli məhsulların istehsal və alış həcmlərinin yüksəlməsi, istehsalçıların bazara çıxış imkanlarının asanlaşması və s. kimi mühüm nəticələr deməkdir. Bütün bunlar isə öz növbəsində ölkə iqtisadiyyatının inkişafında ciddi rol oynayır.