Pressa.az » İqtisadiyyat » ABŞ dövlət katibi: Biz COP29 ilə bağlı Azərbaycanla sıx əməkdaşlığa ümid edirik

ABŞ dövlət katibi: Biz COP29 ilə bağlı Azərbaycanla sıx əməkdaşlığa ümid edirik

28 may 2024, Çərşənbə axşamı, 10:20
ABŞ dövlət katibi: Biz COP29 ilə bağlı Azərbaycanla sıx əməkdaşlığa ümid edirik

ABŞ noyabrda Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini alqışlayır.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş təbrikində deyilir. “ABŞ Azərbaycanın COP29-a Bakıda ev sahibliyi etməsini alqışlayır. Biz COP-un uğurunu və uşaqlarımız, nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyini təmin etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, - o bildirib.