Pressa.az » İqtisadiyyat » Coca-Cola Azərbaycan və Azərbaycan Texnologiya Universiteti arasında görüş keçirilib

Coca-Cola Azərbaycan və Azərbaycan Texnologiya Universiteti arasında görüş keçirilib

07 iyun 2024, Cümə, 14:57
Coca-Cola Azərbaycan və Azərbaycan Texnologiya Universiteti arasında görüş keçirilib

Coca-Cola şirkətinin 2030-cu ilə qədər müəyyənləşdirdiyi Davamlı İnkişaf Öhdəliklərinə uyğun olaraq Coca-Cola Azərbaycan və Azərbaycan Texnologiya Universiteti (ATU) arasında görüş keçirilib.

"Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Rəna Məmmədova və universitetin rektoru v.m.i.e. dos. Yaşar Ömərovun iştirakı ilə baş tutan görüşdə istehsalat təcrübəsinin təşkili, birgə kadr hazırlığı, elmi əməkdaşlıq, birgə tədbirlərin keçirilməsi və s. kimi əməkdaşlıq məsələləri müzakirə edilib. 

Qeyd edək ki, Coca-Cola şirkəti 2030-cu ilə qədər müəyyənləşdirdiyi Davamlı İnkişaf Öhdəliklərinin “Müxtəliflik və Daxilolma” bəndinə uyğun olaraq müxtəlif proqramlar, o cümlədən, universitetlərlə əməkdaşlıq həyata keçirir.  Şirkətin əməkdaşlıq etdiyi universitetlər siyahısına isə  Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həmçinin Azərbaycan Texniki Universiteti daxildir.

Xatırladaq ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Şirkət Azərbaycanda Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. Coca-Cola ölkədə tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.