Ucarda TIR yandı
Ucar rayonunda TIR yanıb.
Liderxeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkət edən və kabellə yüklənmiş yük avtomobili qəfildən alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası cəlb olunub, yanğın qısa müddətdə söndürülüb.
Oxşar Xəbərlər:
03 mart 2024, Bazar günü
ABADA-nın baş katibi: Azərbaycan daşıyıcılarına 96 ədəd “Karnet-TIR” təminat sənədi verilib
