Pressa.az » İqtisadiyyat » Azərbaycanın 13 investisiya şirkətinin məcmu xalis mənfəəti 1 % artıb

Azərbaycanın 13 investisiya şirkətinin məcmu xalis mənfəəti 1 % artıb

13 iyul 2024, Şənbə, 11:00
Azərbaycanın 13 investisiya şirkətinin məcmu xalis mənfəəti 1 % artıb

Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 13 investisiya şirkətinin 2023-cü ildə məcmu xalis mənfəəti 8,684 milyon manat təşkil edib.

Liderxeber.az xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 1,3 % çoxdur.

İnvestisiya şirkətlərindən 3-ü – “Plato Capital and Co.”, “MFX-Trading” və “Troni” ötən ili zərərlə başa vurub. Hesabat dövründə “Troni”nin zərəri artıb, “MFX-Trading” və “Plato Capital and Co.”nun zərəri azalıb. Həm ötən ili, həm də əvvəlki ili mənfəətlə başa vurmuş 10 investisiya şirkətindən isə 4-ü mənfəətini artırıb, 5-i azaldıb, “Capital Partners” isə zərərdən mənfəətə keçib.

Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 11,099 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 1,6 % çoxdur. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.

2022-ci ildə investisiya şirkətlərinin məcmu mənfəət vergisi ödəmələri isə 2,351 milyon manat təşkil edib. Bu da illik müqayisədə 2,8 % çoxdur. İnvestisiya şirkətlərindən 3-ü – “MFX-Trading”, “Plato Capital and Co.” və “Troni” ötən ili zərərlə başa vurduqları üçün vergi ödəməyiblər. Həm ötən il, həm də əvvəlki il vergi ödəmiş 10 investisiya şirkətindən 4-ü vergi ödəmələrini artırıb, 5-i azaldıb, “Capital Partners” isə ötən ildən vergi ödəməyə başlayıb.