Pressa.az » İqtisadiyyat » Səidə Fətullazadə yüksək vəzifəyə təyin edilib

Səidə Fətullazadə yüksək vəzifəyə təyin edilib

22 iyul 2024, Bazar ertəsi, 11:21
Səidə Fətullazadə yüksək vəzifəyə təyin edilib

Səidə Fətullazadə Supertoys MMC -nin İcraçı direktoru təyin olunub.

Səidə Fətullazadə İstanbul universitetində Biznesin idarə olunması üzrə təhsil almışdır. Artıq 7 ildən çoxdur ki, müxtəlif şirkətlərdə rəhbər vəzifəsində çalışır. Bundan əvvəl sığorta şirkətində İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. İşlədiyi şirkətdə “Ən yaxşı rəhbər” adına layiq görülmüşdür. 2 ildən çoxdur Supertoys MMC -də Direktor müavini vəzifəsində fəaliyyətini davam etdirirdi.

2013-cü ildə Azərbaycanın ən yaxşı natiqi seçilmişdir. 2021-ci ildə uğurlu fəaliyyətinə görə “Azerbaijan Woman Awards” mükafatına layiq görülmüşdür.

Müxtəlif layihələrin, forumların, təlimlərin təşkilatçısıdır. 2023-cü ildə Türkiyə, İtaliya, Fransa, Ukrayna, Rusiya, BƏƏ, Qazaxıstan, Özbəkistan kimi ölkələrin uğurlu xanımlarının iştirakı ilə keçirilən “Global Woman Awards” layihəsində uğurlu fəaliyyətinə görə təltif olunmuşdur.

“Supertoys MMC” 2017-ci ildən Azərbaycan oyuncaq bazarında lider şirkət olaraq fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən- Polşa, Çin, Türkiyə, İran, Ukrayna, Rusiya və s. ölkələrdən müxtəlif brendlərin məhsulları idxal olunur. Şirkətin hal hazırda 15 filialı var və yaxın zamanlarda yeni filialların da açılışı gözlənilir.