Pressa.az » İqtisadiyyat » Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır

Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır

05 sentyabr 2024, Cümə axşamı, 16:01
Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır

Azərbaycan və İtaliya arasında dəyirmi masası çərçivəsində yeni birgə istehsal və xidmət sahələrinin yaradılması, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən sənədlər imzalandı.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsində yazıb.

"Sənədlərin icrası innovasiyaları təşviq etmək və iqtisadi artımı gücləndirməklə yanaşı, ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək."

#İtaliya#Azərbaycan dəyirmi masası çərçivəsində yeni birgə istehsal və xidmət sahələrinin yaradılması, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən sənədlər imzalandı. Sənədlərin icrası innovasiyaları təşviq etmək və #iqtisadi artımı gücləndirməklə yanaşı, ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək.