Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı 2 dəfə artıb
Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 19 235,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Liderxeber.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, hesabat dövründə ölkə üzrə elektrik enerjisinin ixracı 858,9 mln. kVt-saat, idxal isə 125,5 mln. kVt-saat təşkil edib.
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2771.8 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14% olub”-paylaşımda bildirilib.