Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23% artıb
2024-ci il sentyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 27 649.4 mln. manat təşkil edib.
Liderxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 15.3% çoxdur. 2023-cü ilin sentyabr ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 23% və ya 5 mlrd. 165.3 mln. manat artıb.