OPEC 2023-cü ildə neftə tələbatla bağlı proqnozunu dəyişməyib
OPEC 2023-cü ildə neftlə bağlı qlobal tələbatının artımı ilə bağlı proqnozunu dəyişməyib.
Bu barədə təşkilatın yanvar ayı üzrə hesabatında deyilir.
Hesabata görə, OPEC neftə olan gündəlik tələbatı 2,2 milyon barel artaraq 101,77 milyon barelə çatacağını gözləyir: “Eyni zamanda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində artım sutkada 0,3 milyon barel, digər dövlətlərdə isə sutkada 1,9 milyon barel artım proqnozlaşdırılır”.
Beləliklə, təşkilat 2023-cü ildə neftlə bağlı qlobal tələbatın 2022-ci ildəki gündəlik 99,55 milyon bareldən 101,77 milyon barelə çatacağını gözləyir.