Azərbaycanda ötən il yeni qeydiyyat üsulu ilə 1 800-dən çox MMC yaradılıb
Yeni qeydiyyat üsulu ilə (FİN kod + mobil nömrə) 1 848 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da 2021-ci illə müqayisədə 32 vahid və ya 1,8 % çoxdur.
LiderXəbər xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,7 %, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,2 % təşkil edib.
Ümumiyyətlə, 2022-ci ildə icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,9 %-i "Asan İmza" vasitəsilə imzalanmaqla təqdim olunub.