Pressa.az » İqtisadiyyat » EDB: Azərbaycan Avrasiya regionunda ən böyük investorlardan birinə çevrilib

EDB: Azərbaycan Avrasiya regionunda ən böyük investorlardan birinə çevrilib

04 yanvar 2025, Şənbə, 15:01
EDB: Azərbaycan Avrasiya regionunda ən böyük investorlardan birinə çevrilib

Azərbaycan 2016-cı ildə tutduğu dördüncü yerdən 2024-cü ilin birinci yarısında ikinci yerə yüksələrək, Avrasiya regionunda Rusiyadan sonra ikinci ən böyük investora çevrilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) 2024-cü il üzrə hesabatında deyilir.

Hesabatda Avrasiya regionunda Azərbaycanın investisiya fəallığının artması qeyd edilir.

Nəzərdən keçirilən dövr ərzində toplanmış birbaşa xarici investisiyaların həcmi təxminən iki dəfə - 1,7 milyarddan 3,1 milyard ABŞ dollarına qədər artıb.

Hesabatın müəllifləri Azərbaycanın Ukrayna, Gürcüstan və Qırğızıstandakı bir sıra layihələrini qeyd ediblər.

Belə ki, 2023-cü ilin oktyabrından Azərbaycan şirkəti Qırğız Respublikasında İssık-Kul gölünün sahilində parkı olan beşulduzlu hotelin tikintisinə başlayıb.

“Kara Oy kəndi yaxınlığında 17 hektardan çox ərazidə həyata keçirilən layihənin dəyəri 8-10 milyard Qırğız somu (112 milyon ABŞ dollarından çox) məbləğində qiymətləndirilir”, - hesabatda vurğulanır.