Pressa.az » İqtisadiyyat » Qızılın qiyməti 2 900 dolları keçib

Qızılın qiyməti 2 900 dolları keçib

05 fevral 2025, Çərşənbə, 16:06
Qızılın qiyməti 2 900 dolları keçib

Bu gün dünya bazarında qızılın 1 unsiyasının qiyməti 2 900 ABŞ dollarını keçərək tarixi maksimumu yeniləyib.

Bu barədə Liderxeber.az "Prime"a istinadən xəbər verir.

Məlumata görə, ABŞ-ın Nyu-York şəhərinin “Comex” birjasında qızılın aprel fyuçersi əvvəlki bağlanışla müqayisədə 23,71 ABŞ dolları (0,82 %) artaraq bir troya unsiyası üçün 2 899,51 ABŞ dollarına çatıb. Bir neçə dəqiqə əvvəl qiymət 2 901,41 ABŞ dolları olmaqla isə rekord vurub.