Pressa.az » Mədəniyyət » Füzuli teatrı orta məktəb şagirdləri qarşısında "Çəkməli Pişik" tamaşası ilə çıxış edib

Füzuli teatrı orta məktəb şagirdləri qarşısında "Çəkməli Pişik" tamaşası ilə çıxış edib

17 oktyabr 2025, Cümə, 23:21
Füzuli teatrı orta məktəb şagirdləri qarşısında "Çəkməli Pişik" tamaşası ilə çıxış edib

Füzuli Dövlət Dram Teatrı Füzuli şəhər günü münasibətilə Mirzə Uluqbəy adına 1nömrəli tam orta məktəbdə Şarl Perronun "Çəkməli Pişik" tamaşası ilə çıxış edib

Tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.

Səhnə əsərinin əsas ideyası heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaqdır.

Tamaşada rolları Anar Buludov, Emin Abışov, Sahilə Abbasova, Şəbnəm Baxışova, Vüqar İsmayılov, Vüsal Həsənov, Püstə Əhmədova, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Qəlbinur Əhmədli ifa edib.