Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Oyunlarındakı medal sıralamasında 15-ci pillədə qərarlaşıb.
Liderxeber.az xəbər verir ki, hələlik komandanın aktivində bir qızıl mükafat var.
Cüdoçu Hidayət Heydərov (73 kq) ötən gün olimpiya çempionu adını qazanıb. Ölkəmizlə birlikdə Rumıniya və Özbəkistan da bir qızıl medalla 15-cidir.
Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya kollektivi başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub
03 iyun 2024, Bazar ertəsi
Makronun avantürası – fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar - ŞƏRH
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər