Pressa.az » Media » Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb

Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb

14 may 2025, Çərşənbə, 09:08
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb

"Avroviziya - 2025"in ilk yarımfinal mərhələsi keçirilib.

Liderxeber.az xəbər verir ki, müsabiqədə 10 nömrə altında “Run with U” mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi “Mamagama” qrupu müsabiqənin ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb. 

Müsabiqənin finalına Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri adlayıblar.

Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.

Müsabiqənin qalibi mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.

00:07

Azərbaycan təmsilçisi “Mamagama” qrupu İsveçrənin Bazel şəhərində keçirilən "Avroviziya - 2025" mahnı müsabiqəsində çıxış edib.

Liderxeber.az xəbər verir ki, təmsilçi “Run with U” mahnısı ilə təmsil olunub.

Qeyd edək ki, müsabiqənin ilk yarımfinal mərhələsi keçirilib və Azərbaycan 10 nömrə altında çıxış edib.

Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.

Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.

13.05.2025. 23:06

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.

Liderxeber.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.

Bu gün müsabiqənin ilk yarımfinal mərhələsi keçirilir və Azərbaycan 10 nömrə altında çıxış edir.

Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.

Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.

Qeyd edək ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunur.