Azərbaycan birinci yarımfinalda yarışacaq

“Avroviziya 2025” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.
Liderxebet.az xəbər verir ki, nəticələrə əsasən, Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
Bizimlə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç, Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Niderland, Norveç və San-Marinodan olan ifaçılar yarışacaqlar.
Xatırladaq ki, 69-cu “Avroviziya-2025” mahnı müsabiqəsi mayın 13-də İsveçrənin Bazel şəhərində start götürəcək. “Avroviziya 2024” müsabiqəsinin qalibi “The Code” mahnısı ilə musiqiçi Nemo olub.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2023, Cümə axşamı
Konfrans Liqası: "Neftçi" və "Sabah"ın daha iki potensial rəqibi bəlli olub