Məşhur türkiyəli aktyor 85 yaşında vəfat etdi
Məşhur türkiyəli aktyor Engin Çağlar 85 yaşında dünyasını dəyişib.
Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çağlar türk kinosunun qızıl dövrü sayılan "Yeşilçam"ın unudulmaz aktyorlarından olub. O, "Kadın Değil Baş Belası", "Kınalı Yapıncak", "Feride", "Makber" kimi bir çox məşhur filmdə rol alıb.
Aktyor Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik kimi əfsanəvi "Yeşilçam" ulduzları ilə bir çox filmdə tərəf müqabili olub. O, 1960-1970-ci illərdə türk kinosunun ən populyar kişi aktyorlarından biri kimi şöhrət qazanıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 noyabr 2024, Çərşənbə
İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edib
