Azərbaycanın “Avroviziya”dakı çıxış nömrəsi açıqlandı
Avropa Yayım İttifaqı (EBU) Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Avroviziya-2026” mahnı müsabiqəsinin yarımfinalları üzrə çıxış ardıcıllığını elan edib.
Liderxeber.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, mayın 12-də baş tutacaq birinci yarımfinalda səhnəyə ilk olaraq Moldova nümayəndəsi çıxacaq, şounun bağlanışını isə Serbiya təmsilçisi edəcək.
Mayın 14-də keçiriləcək ikinci yarımfinalın açılışını Bolqarıstan, sonuncu çıxışını isə Norveç edəcək. Azərbaycan təmsilçisi JIVA bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxacaq.
Qeyd edək ki, yubiley xarakterli 70-ci “Avroviziya” mahnı müsabiqəsinin final mərhələsi mayın 16-da keçiriləcək.
Oxşar Xəbərlər:
20 avq 2025, 11:15
30 avq 2024, 14:46
29 yan 2025, 08:16
