Yaşıl çay və cökə çiçəklərindən - Ən şəfalı çay
Yaşıl çay və çökə çiçəklərindən hazırlanmış çay əsasən ağciyər problemlərinin qarşısının alınması üçün xidmət edir. Onların funksiyalarını gücləndirir və optimallaşdırır.
LiderXəbər həmin çayın hazırlanma qaydasını təqdim edir:
Tərkibi:
▫️20 q yaşıl çay.
▫️20 q cökə çiçəyi.
▫️1 stəkan su.
▫️1 xörək qaşığı bal
Hazırlanma qaydası:
Bir stəkan suyu qaynadın.
Ona yaşıl çay və cökə çiçəkləri əlavə edin.
Bulyonu yenidən bir az qaynadın və daha yaxşı dəmlənməsi üçün 10 dəqiqə buraxın.
Bitki çayını bir fincana tökün.
Üzərinə 1 xörək qaşığı bal əlavə edin.
Bu çay rahatlamağa, daha yaxşı nəfəs almağa və ağciyərlərin sağlamlığını yaxşılaşdırmağa kömək edir.
Çay gündəlik içə biləcəyimiz bir növ “vitamin”dir.