“Oman bu danışıqlara ev sahibliyi etmək üçün əsas namizəd olacaq”

“ABŞ və İran arasında danışıq prosesi formalaşarsa, Oman bu danışıqlara ev sahibliyi etmək üçün əsas namizəd olacaq”.
Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi deyib.
Həmçinin o, Tehran və Vaşinqton arasında dolayı danışıqların artıq başlanması ilə bağlı xəbərləri təkzib edib. Qeyd edib ki, danışıqlar komitəsinin yaradılması ilə bağlı məlumatlar uydurmadır.
Bəqayi xatırladıb ki, Tehran bundan əvvəl ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verib və hazırda Amerika tərəfinin cavabını gözləyir.
Qeyd edək ki, ötən gün İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, ölkəyə qarşı sanksiyalar ləğv olunarsa, nüvə proqramı ilə bağlı danışıqlara hazır olacaqlar.
“BMT Nizamnaməsinə zidd olaraq güc tətbiq etməklə hədələməyə davam edən ABŞ ilə birbaşa danışıqlar mənasızdır”, - deyə, o əlavə edib.
Oxşar Xəbərlər:


