Aeroport yolunda maşın aşdı - Ölən və yaralananlar var

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.
Liderxeber.az xəbər verir ki, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində 77 YF 704 dövlət qeydiyyat nişanlı “Kia Cerato” markalı minik avtomobili 11 BE 212 nömrə nişanlı “KamAZ”la toqquşub.
Nəticədə “Kia” idarəetmədən çıxaraq aşıb. Avtomobilin sürücüsü və sərnişinlərdən biri xəsarət alıb. Digər sərnişin isə həyatını itirib.
Faktla bağlı Suraxanı RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

19 may 2025, Bazar ertəsi
Hövsanda avtobusla toqquşan avtomobil AŞDI - Hadisənin təfərrüatı məlum oldu