ANAMA əməkdaşı Ağdamda qəzaya düşdü

ANAMA əməkdaşı Ağdamda qəzaya düşüb.
Liderxeber.az xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1995-ci il təvəllüdlü Əliyev Rəşad Əli oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən minik maşınında nasazılıq yaranıb.
Buna görə, avtomobil aşıb. Nəticədə R.Əliyev müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, R.Əliyev ANAMA əməkdaşıdır və Ağdamın Sarıcalı kəndində çalışır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:

18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı