Pressa.az » Ölkə » 41 dərəcəyədək isti var

41 dərəcəyədək isti var

05 avqust 2025, Çərşənbə axşamı, 09:47
41 dərəcəyədək isti var

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, hazırda ölkə ərazisində isti hava şəraiti davam edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, dağlıq rayonlarda 34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.