Qəbələdə 62 yaşlı kişi evində ölü tapıldı

Qəbələ rayonunda meyit tapılıb.
Liderxeber.az-ın məlumatına görə, hadisə rayonun Vəndam qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Dərgah Həşimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.
İlkin ehtimala görə, D.Həşimov qəfil infarktdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.