Pressa.az » Ölkə » “Bu layihəyə ilk dəfə Gəncədən başlanılıb”

“Bu layihəyə ilk dəfə Gəncədən başlanılıb”

15 avqust 2025, Cümə, 16:17
“Bu layihəyə ilk dəfə Gəncədən başlanılıb”

“Qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektron şəkildə nömrələnməsi və nişanlanmasına ilk dəfə pilot layihə olaraq Gəncə şəhərindən başlanılıb”​.

Bunu Liderxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETN) mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, bu tədbir Rəqəmsal Ekologiya İnformasiya Sisteminin (REİS) tərkib hissəsi olaraq həyata keçirilir, lakin quru ağacların nişanlanması sahəsində bu yanaşma ilk dəfə pilot layihə olaraq Gəncədə tətbiq olunur. 

İ.İbrahimovanın sözlərinə görə, ağaclarda nişanlar üzərində QR kod yerləşdirilib və hər bir ağac haqqında məlumat www.agac.az saytında ictimaiyyətə açıq şəkildə təqdim olunur:

“Bu prosesin məqsədi yaşıllıqları qorumaq, şəhərin ekoloji tarazlığını bərpa etmək və payız mövsümündə yeni ağacların əkilməsini təmin etməkdir. Bu mexanizm həm şəffaflığı, həm də ictimai nəzarəti təmin edir. Bununla da şəhərdə və ümumilikdə ölkə ərazisində ağaclar mühafizə olunacaq, şəffaflıq və ictimai nəzarət güclənəcək”.

Qurum rəsmisi onu da qeyd edib ki, bu pilot layihə ağacların mühafizəsi baxımından böyük əhəmiyyətə malikdir və gələcəkdə digər şəhərlərdə də tətbiq olunması nəzərdə tutulur.