Pressa.az » Ölkə » Azərbaycanda internetdə yaranan problemin SƏBƏBİ BİLİNDİ

Azərbaycanda internetdə yaranan problemin SƏBƏBİ BİLİNDİ

21 avqust 2025, Cümə axşamı, 17:06
Azərbaycanda internetdə yaranan problemin SƏBƏBİ BİLİNDİ

"Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub".

Liderxeber.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib.

Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.

Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub", - deyə qurumdan bildirilib.

Ölkə üzrə internet bağlantısında problem yaranıb.

Liderxeber.az xəbər verir ki, sosial şəbəkələrə və bəzi onlayn xidmətlərə giriş çətinləşib.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.