Pressa.az » Ölkə » Azərbaycan telekanalı ilə əməkdaşlığa görə Rusiyada “xarici agent” elan edildi

Azərbaycan telekanalı ilə əməkdaşlığa görə Rusiyada “xarici agent” elan edildi

01 sentyabr 2025, Bazar ertəsi, 09:58
Azərbaycan telekanalı ilə əməkdaşlığa görə Rusiyada “xarici agent” elan edildi

Rusiyalı jurnalist və siyasi analitik Nikita Smaqin ölkəsində “xarici agentlər” reyestrinə daxil edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, N.Smaqinin adı Azərbaycanın CBC (Caspian Broadcasting Company) telekanalı, Karnegi Fondu, “Meduza”, “The Insider” nəşrləri ilə əməkdaşlığa görə sözügedən reyestrə salınıb. 

Jurnalist sözügedən qərara etiraz olaraq məhkəməyə müraciət edib.

Qeyd edək ki, N.Smaqin CBC telekanalında həftəlik “Yaxın Şərq” müəllif proqramının aparıcısıdır.