Sabiq prokuror vəfat etdi

Uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Rafiq Qasımov vəfat edib.
Liderxeber.az “Qafqazinfo”a istinadən xəbər verir ki, əslən Laçın rayonunun Güləbird kəndindən olan hüquqşünasın qəfil dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, R.Qasımov bir müddət əvvəl prokurorluq orqanlarından təqaüdə çıxıbmış.