Bakı icazə verdi - Paşinyanın təyyarəsi Azərbaycandan keçdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Azərbaycan hava məkanından keçib.
Liderxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.
Onun sözlərinə görə, bu, Bakının icazəsi ilə baş tutub. N.Baqdasaryan bildirib ki, təyyarə 30 avqustda Azərbaycan üzərindən uçub, sonra isə 6 sentyabr gecəsi geriyə qayıdıb və bunun üçün Bakıya müvafiq icazə sorğusu göndərilib.
“Biz müsbət cavab aldıq. Bu hadisəni regionda kommunikasiya blokadalarının açılması, sülh gündəminin irəliləməsi və qarşılıqlı etimad atmosferinin formalaşması istiqamətində praktik bir addım kimi qiymətləndiririk”, - o əlavə edib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”