Pressa.az » Ölkə » Bakıda mikroavtobus qəzaya düşdü: Yaralılar var

Bakıda mikroavtobus qəzaya düşdü: Yaralılar var

08 sentyabr 2025, Bazar ertəsi, 11:00
Bakıda mikroavtobus qəzaya düşdü: Yaralılar var

"Mikroavtobusla minik avtomobilinin toqquşduğu yol-nəqliyyat hadisəsi bu gün saat 6:00-da Xəzər rayonu ərazisində, Qala-Pirallahı yolunda qeydə alınıb".

Bunu Liderxeber.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

"Hyundai" markalı, 99-XM-330 dövlət nömrə nişanlı minik avtomobili "Mercedes" markalı, 10-XE-462 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb", - deyə T.Nəsirli bildirib.

Əzizə İsmayılova

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox insan xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.