Salyanda kanalda meyiti tapılan gəncin ölümünün TƏFƏRRÜATI
Salyan rayonunda suvarma kanalında meyiti aşkarlanan Yenikənd sakini, 2006-cı il təvəllüdlü Ramil Əhməd oğlu Babazadənin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.
Liderxeber.az-ın məlumatına görə, R.Babazadə sentyabrın 6-da saat 14 radələrində yaxınlıqdakı mağazada olan terminaldan bank kartına pul göndərmək üçün getdiyini deyərək evdən çıxıb. Həmin vaxtdan sonra Ramil evə qayıtmayıb.
Bir gün axtarılandan sonra valideynləri onun itkin düşməsi barədə rayon polis şöbəsinə məlumat veriblər. Bundan sonra Salyan Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar və R.Babazadə barədə axtarış elan edilib.
Sentyabrın 10-da axşam saatlarında onun meyiti kanaldan tapılıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Oxşar Xəbərlər:
18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
