Pressa.az » Ölkə » Əcnəbilərin Azərbaycanda vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərinin sayı açıqlanıb

Əcnəbilərin Azərbaycanda vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərinin sayı açıqlanıb

17 sentyabr 2025, Çərşənbə, 17:43
Əcnəbilərin Azərbaycanda vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərinin sayı açıqlanıb

2025-ci ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinə fəaliyyət istiqamətləri üzrə 67 127 müraciət daxil olub.

Bu barədə Liderxeber.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciətlərin bölgüsü aşağıdakı kimi olub:

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlər - 45 880;

- Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər - 7 156;

- Vətəndaşlıq məsələləri ilə bağlı müraciətlər - 204;

- Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər - 1 190;

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər - 867;

- Çağrı mərkəzinə daxil olan zənglər - 6 922;

- Xidmətin sosial şəbəkə hesabları və "onlayn bələdçi" xidməti vasitəsilə daxil olan müraciətlər - 1 364;

- Vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərlə bağlı daxil olmuş ərizə, şikayət və təkliflər - 1 146;

- Digər müraciətlər - 2 398.